"Barselona"nın hücumçusu Usman Dembele bu qış PSJ-yə keçə bilər.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya klubu Paris təmsilçisindən bu transferə görə 20 milyon avro istəyir.
Daha öncə tərəflərin danışıq apardığı, lakin ortaq məxrəcə gələ bilmədiyi barədə məlumatlar yayılmışdı.
Xatırladaq ki, 24 yaşlı fransalı forvard yayda "Barselona"nın yeni müqavilə təklifini geri çevirmişdi.