"Barselona" yarımmüdafiəçi Usman Dembele ilə müqavilənin müddətini uzatmayacaq.
Fanat.Az idman jurnalisti Xerard Romeronun "Twitter" səhifəsindəki paylaşımına istinadən xəbər verir ki, Kataloniya klubu 24 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilməyib, danışıqlar nəticəsiz qalıb.
Fransız futbolçunun "blauqrana" ilə hazırkı müqaviləsi 2022-ci ilin yayına kimi nəzərdə tutulub. Bu o deməkdir ki, yanvarda o, digər komandalarla danışıqlara başlaya, yayda isə pulsuz yola düşə bilər.
Dembele 2017-ci ildən "Borussiya Dortmund"dan "Barsa"ya keçib. Bu transfer kataloniyalılara 105 milyon avroya başa gəlib, daha 40 milyonu isə bonus olaraq verilib.
Yarımmüdafiəçi bu mövsüm La Liqada 5 oyun keçirib.