"Barselona" rəhbərliyi yarımmüdafiəçisi Frenki de Yonqa sərt ultimatum verib.
Fanat.Az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb
Mənbənin yazdığına görə, rəhbərlik futbolçudan gələcəklə bağlı planlar barədə qərar verməsini tələb edirlər. Əgər niderlandlı futbolçu “blauqrana”nın düşərgəsində qalmaq niyyətindədirsə, o zaman maaşlarda ciddi maliyyə güzəştləri etməlidir.
Qeyd edək ki, de Yonq uzun müddətdir "Mançester Yunayted"in diqqət mərkəzindədir, lakin futbolçu özü "qırmızı şeytanlar"ın heyətində oynamağa həvəsli deyil.
Emin