"Barselona"nın rəhbərliyi yay transfer pəncərəsində aktiv transfer fəaliyyətini davam etdirir.
Fanat.Az "Sport.es" saytına istinadən xəbər verir ki, "blauqrana" "Atletik Bilbao"nun müdafiəçisi İniqo Martinesi almaq istəyir.
"Transfermarkt" 31 yaşlı futbolçunu 15 milyon avro qiymətləndirir, lakin basklar bundan daha çox məbləğ istəyəcəklər.
Martinez ötən mövsüm "Atletik"in heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 3 qol vurub və 9 sarı vərəqə alıb. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatır.
Emin