"Barselona" daha bir futbolçu ilə vidalaşır

"Barselona" daha bir futbolçu ilə vidalaşır
"Barselona"nın hücumçusu Rey Manay (Rey Manaj) karyerasını Portuqaliya çempionatında davam etdirə bilər. 
Fanat.Az "A Bola"ya istinadən xəbər verir ki, alban futbolçu "Famalikan" klubu ilə danışıqlar aparır. 
 
Məlumata görə, yaxın günlərdə 24 yaşlı forvardın Portuqaliya klubuna keçidi rəsmiləşəcək. 
Qeyd edək ki, Albaniya millisinin üzvü ötən ildən "Barselona"da çıxış edir. O, arxada qalan 1 ildə 27 oyuna çıxıb və 12 qola imza atıb. 
Röya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər