"Barselona" Almaniya Bundesliqasından futbolçu ala bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, Kataloniya təmsilçisi "Borussiya Dortmund"un müdafiəçisi Tomas Mönye ilə maraqlanır.
Mənbə qeyd edir ki, futbolçu özü də bu keçidə isti baxır.
Xatırladaq ki, "Barselona" Mönyeni ötən qışdan izləyir.