"Barselona” qış transfer pəncərəsi dövründə 5 futbolçusunu satacaq.
Fanat.Az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Osman Dembele, Samuel Umtiti, Martin Braytveyt, Xunior Firpo və Karles Alenyanı sataraq maliyyə problemlərini həll etmək niyyətindədi.
Artıq onlardan birinin - Osman Dembelenin potensial müştərisi də var. Belə ki, "Mançester Yunayted” "Barselona"nın 2017-ci ilin yayında Dortmund "Borussiya"sından 130 milyon avroya aldığı fransalı forvardı heyətinə qatmaq istəyir.