"Barselona" bu futbolçu üçün 130 milyon avro ödədi

"Barselona" bu futbolçu üçün 130 milyon avro ödədi
"Barselona" futbolçusu Osman Demele üçün "Borussiya"ya (Dortmund) əlavə 5 milyon avro ödəyib.
Fanat.Az "Kicker"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin 23 yaşlı hücumçu üçün qarşı tərəfə ödədiyi məbləğ 130 milyon avronu keçib.
Klublar arasındakı razılaşmaya əsasən, "Barselona" Dembelenin 25, 50, 75 və 100-cü rəsmi oyununa görə Dortmund klubuna 5 milyon avro ödəməlidi. Eyni zamanda, razılaşmada alman klubunun lehinə müxtəlif bonus ödənişləri təyin edilib.
Qeyd edək ki, 2017-ci ildə 105 milyon avro qarşılığında "Barselona"ya keçən Usman Dembele bu vaxta qədər 83 matçda 22 qol vurub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər