"Barselona" braziliyalı vingerlə danışıqlara başladı

"Barselona" braziliyalı vingerlə danışıqlara başladı

"Barselona" İngiltərə "Lids Yunayted"inin vingeri Rafinyanı transfer etmək üçün danışıqlar aparır.

Fanat.Az UOL portalına istinadən xəbər verir ki, Kataloniya klubu 25 yaşlı braziliyalı üçün 55 milyon avro və daha 10 milyon bonus təklif edib.

Daha əvvəl Rafinyanın özünün artıq "Barselona" ilə 5 illik müqaviləyə razılaşdığı bildirilirdi.

Braziliyalı 2021/22 mövsümündə "Lids"in heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər