"Barselona" braziliyalı müdafiəçi alır

"Barselona" braziliyalı müdafiəçi alır

"Monako"nun müdafiəçisi Kayo Enrike (Caio Henrique Oliveira Silva ) karyerasını "Barselona"da davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, keçidin bu qış "transfer pəncərəsi" dönəmində baş tutacağı bildirilir. 

24 yaşlı braziliyalının transfer qiyməti 30 milyon avro təşkil edir. 

Qeyd edək ki, Kayo 2020-ci ildən "Monako"nun şərəfini qoruyur və 31 matçda meydana çıxıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər