"Barselona" borc içində "üzür"

"Barselona" borc içində "üzür"

"Barselona" prezidenti Joan Laportanın göstərişi ilə klubda daxilində maliyyə böhranının təqsirkarının tapılması üçün yoxlama aparılmasına göstəriş verib. 

Fanat.Az xəbər verir ki, çərşənbə günü klubda aparılan yoxlamanın nəticəsi ictimaiyyətə açıqlanacaq.

"Marca" yaydığı məlumata görə, araşdırmanın nəticəsi ilə bağlı bəzi detallar mətbuata sızıb.

Xəbərə görə, borcların 28,4% azalsa da, hələ də ödənilən borclar var. Klub futbolçularının keçmiş klublarına 115 milyon avro ödəməlidir. Miralem Pyaniç (Miralem Pjanic) üçün "Yuventus"a 39 milyon avro, Frenki De Yonq (Frankie De Young) və Serjinyo Destə (Serginho Dest)  görə "Ayaks"a 32 milyon, Felipe Koutinyoya (Felipe Coutinho) üçün isə "Liverpul"a 13 milyon avro ödənməlidir.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər