"Barselona" "Yuventus"un hücumçusu Paulo Dibalanı transfer edə bilər.
Fanat.Az "Barca Universal"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin idman direktoru Mateu Alemani argentinalının heyətə qatılmasını istəyir.
Daha öncə "Yuventus"un 28 yaşlı Dibala ilə aldığı yüksək əməkhaqqı üzündən yeni anlaşma imzalamaq istəmədiyi barədə xəbərlər yayılmışdı.
2015-ci ildə 41 milyon avroya "Palermo"dan alınan Dibalanın "qoca sinyora" ilə olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Bu mövsüm Turin klubunun formasıyla ümumilikdə 23 matça çıxan cənubi amerikalı 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.