"Barselona"nın zədəli futbolçusu Ansu Fatinin vəziyyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, hücumçunun əməliyyat olunacağı gözlənilir.
Məlumatı "Esport3" yayıb.
20 yaşlı hücumçunun 4 ay müddətinə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, Fatinin İspaniya kubokunun oyunları çərçivəsində keçirilən "Atletiko Madrid" ilə matçda (2:3) omba nahiyəsində olan zədəsi yenilənib.
Röya