Maddi çətinliklər yaşayan "Barcelona" klubu böyük məbləğdə kredit alıb.
Fanat.Az xəbər verir ki, bu barədə "BeinSPORT" telekanalı məlumat yayıb.
Kataloniya klubu "Goldman Sachs" bankı ilə əlaqə saxlayıb. Maliyyə qurumu "Barselona"ya 595 milyon avro kredit verib.
Mənbə bildirir ki, kredit 10 il müddətinə illik 1.98 faizlə götürülüb.
Xatırladaq ki, "Barselona"nın prezidenti Joan Laporta daha əvvəl klubun ümumi borcunun 1,3 milyard avronu keçdiyini bildirmişdi.
Emin Şəmsiyev