"Barselona" 3 ulduzunun maaşını azaldır

"Barselona" 3 ulduzunun maaşını azaldır

"Barselona" bu yay transferlərə daha çox pul ayıra bilmək üçün bir neçə ulduz futbolçusunun maaşlarını azada bilər.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, maliyyə feyr-pleyi ilə bağlı ciddi problemləri olan Kataloniya klubu komandanın 3 təcrübəli ulduzunun əməkhaqqısını "kəsməyi" planlaşdırır.

Bunlar Jerar Pike, Jordi Alba və Serxio Busketsdir.

Klub sözügedən futbolçuların maaşını azaltmayacağı halda, gələn mövsüm bütün oyunçulara 100 milyon avro pul ödəməlidir ki, bu da Xavinin transfer planları ilə üst-üstə düşmür.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər