"Barselona" 29 yaşlı ulduzun "ovuna çıxdı" - SON DURUM

"Barselona" 29 yaşlı ulduzun "ovuna çıxdı" - SON DURUM

"Barselona" İngiltərənin "Liverpul" klubunun hücumçusu Məhəmməd Salahı heyətinə qatmağa hazırlaşır.

Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 29 yaşlı forvardı rənglərinə bağlamaq üçün çalışmalara başlayıb.

Mənbə baş məşqçi Xavinin istəyi ilə klub prezidenti Juan Laportanın misirlinin keçidini reallaşdırmaq naminə bütün imkanlardan faydalanmağı hədəflədiyini açıqlayıb.

İddiaya görə, İspaniya nəhənginin təmsilçiləri həm klub, həm də oyunçunun özüylə əlaqə saxlayıb və danışıqların gizli saxlanılması barədə tərəflər öncədən razılığa gəlib.

Salahın "qırmızılar"la olan müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər