"Barselona" 20 milyona istədiyini havayı ala bilər

"Barselona" 20 milyona istədiyini havayı ala bilər

"Barselona" 20 milyon avroya transfer etmək istədiyi futbolçunu heyətinə havayı qata bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.

Xəbərə görə, Bilbao "Atletik"inə müdafiəçi İnyiqo Martines üçün təklif göndərən və rədd cavabı alan Kataloniya təmsilçisi bu transferdən vaz keçməyib və hazırda gözləmə mövqeyindədir. Mənbə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq 31 yaşlı oyunçunun qışda "Barsa" ilə ilkin anlaşma imzalamağı, yayda isə azad agent qimində İspaniya nəhənginə qoşulmağı hədəflədiyini vurğulayıb.

Qeyd edək ki, Martines 2018-ci ildən "Atletik"dədir. Müdafiəçi dizindən zədələndiyi üçün bu mövsüm meydana çıxmayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər