"Barselona" 19 yaşlı yarımmüdafiəçiyə milyonlar verir - MƏBLƏĞ

"Barselona" 19 yaşlı yarımmüdafiəçiyə milyonlar verir - MƏBLƏĞ

"Barselona" "Zaltsburq"un yarımmüdafiəçisi Karim Adeyemi uğrunda mübarizəyə qoşulub.

Fanat.Az xəbər verir ki,  informasiyanı "Sport1" yayıb.

Mənbə Kataloniya təmsilçisinin 19 yaşlı futbolçunu 40 milyon avro qarşılığında heyətinə qatmağa hazır olduğunu və yaxın vaxtlarda Avstriya klubuna rəsmi təklif göndəriləcəyini vurğulayıb.

Daha öncə Dortmund "Borussiya"sının Adeyemiyə görə "Zaltsburq"a 35 milyon avro təklif etdiyi bildirilmişdi.

Qeyd edək ki, sözügedən futbolçu Çempionlar Liqasının qrup mərhələsinin 4 oyununda 3 qol vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər