“Barselona” 18 yaşlı futbolçuya 400 milyon avro qiymət qoydu

“Barselona” 18 yaşlı futbolçuya 400 milyon avro qiymət qoydu
"Barselona” futbolçusu Ansu Fati ilə müqaviləni uzadacaq.
Fanat.Az xəbər verir ki, La Liqa təmsilçisi gənc hücumçunu 2026-cı ilə qədər heyətində saxlamaq niyyətindədi.
18 yaşlı istedadın hazırkı müqaviləsi 2022-ci ildə başa çatır. Klub rəhbərliyi onu daha 4 il uzatmağı planlaşdırır. Onun anlaşmasında transfer qiyməti kimi  400 milyon avro təşkil edir.
Qeyd edək ki, hazırda zədədən əziyyət çəkən futbolçu uzun müddətdir komandasına kömək edə bilmir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər