“Barselona” hücumçusu Ansu Fati ilə yeni müqavilə imzalayıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı forvardın yeni anlaşmasının müddəti 2027-ci ilin yayına qədərdir. Müqaviləyə 1 milyard avro dəyərində sərbəst qalma maddəsi salınıb.
Qeyd edək ki, “Barselona” bir müddət əvvəl digər yetirməsi Pedri ilə eyni şərtlərlə yeni müqavilə imzalayıb.