"Barselona" 18 yaşlı futbolçunu istəyir

"Barselona" 18 yaşlı futbolçunu istəyir

"Barselona"na gənc futbolçu transfer etmək niyyətindədir.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı  üzərindən tanınmış insayder Ekrem Konur yayıb.

Mənbə Kataloniya təmsilçisinin "Aston Villa"nın 18 yaşlı yarımmüdafiəçisi Karni Çukvuemekaya elçi düşdüyünü açıqlayıb. Tərəflərin yaxın günlərdə danışıqlara başlayacağı bildirilib.

Qeyd  edək ki, Avstriyada doğulan Çukvuemeka İngiltərənin 19 yaşadək futbolçulardan ibarət millisinin də üzvüdür. Onun "Aston Villa" ilə olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər