"Barselona" klubu bu yay heyətində köklü dəyişiklik etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, bu barədə "El Mundo Deportivo" məlumat yayıb.
İddiaya görə, yay transfer pəncərəsi dönəmində komandadan 10-14 futbolçu göndərilə bilər.
Onların arasında Neto, Samuel Umtiti, Xunior Firpo, Miralem Pyaniç, Mateus Fernandes, Martin Breytveyt və Filippe Koutinyonun yer aldığı bildirilir.
Qeyd edək ki, İspaniya La Liqasında mövsümün bitməsinə iki tur qalıb.
Röya