“Barselona” 10 milyona çatdı - Tarixə düşdü

“Barselona” 10 milyona çatdı - Tarixə düşdü
"Barselona” klubunun "YouTube" kanalının abunəçi sayı 10 milyona çatıb.
Fanat.Az xəbər verir ki, bununla da Kataloniya təmsilçisi tarixə düşüb. Belə ki, "Barselona" buna nail olan ilk idman klubu olub. Bu səbəbdən "YouTube" klubu "brilyant düymə” ilə mükafatlandıracaq. 
Qeyd edək ki, Milli Basketbol Assosiasiyası (MBA) "Barselona”nı "YouTube"də geridə qoyan yeganə idman kanalına sahibdi. NBA-nı izləyici sayı 14,7 milyondu.
"Barselona”nın "YouTube"də ümumilikdə 65 milyon saatlıq videosu yerləşdirilib. Kanal 2006-cı ildən fəaliyyət göstərir.
Onu da qeyd edək ki, populyarlıq baxımından ikinci pillədə 5,92 milyon abunəçi ilə İspaniyanın digər klubu "Real” qərarlaşır. İlk "üçlüy”ü Braziliya təmsilçisi "Flamenqo” (5,55) qapayır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər