"Barsa"nın yeni transferi qəribə tələblə üz-üzə

"Barsa"nın yeni transferi qəribə tələblə üz-üzə

Yayda "Barselona”ya üz tutacağı dəqiqləşən Frenki de Yonq maraqlı duruma düşüb.

 

Fanat.Az-ın məlumatına görə, gənc futbolçu qəribə tələblə üz-üzə qaldığını özü söyləyib.

İş ondadır ki, "Barsa”nın texniki sponsoru "Nike” futbolkanın arxasında de Yonq deyil, Frenki yazılmasını istəyir. Şirkət bunu marketinq siyasəti ilə əlaqələndirir.

 

Oyunçu isə şirkətin tələbləri ilə razılaşmır: "İyulda "Barselona”da olacam. 21 nömrəli formanı istəyirəm. "Nike” isə məndən formamın arxasına soyadımı deyil, adımı yazdırmağımıistəyir. Bilmirəm, bunu qəbul edəcəm, ya yox”.

 

Qeyd edək ki, de Yonqun transferi Kataloniya klubuna 75 milyon avroya başa gəlib. Müqavilənin şərtinə əsasən oyunçu yaya qədər "Ayaks"da qalacaq.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər