"Barselona”nın əksər futbolçuları "Atletiko”nun forvardı Antuan Qrizmannın Kataloniya təmsilçisinə transferinə qarşıdı.
Fanat.Az xəbər verir ki, məlumatı "Cadena Ser” yayıb.
Mənbə oyunçuların Qrizmannın ötən yay "Barsa” rəhbrəliyi ilə razılığa gəldiyi halda son anda keçiddən imtina etməsindən narazı qaldığını vurğulayıb. Həmkarlarımız məsələnin kifayət qədər ciddi olduğunu, hətta klub "bosslar”ının 28 yaşlı Antuandan birdəfəlik əl çəkə biləcəyini də qabardıb.
Qeyd edək ki, Madrid klubu ilə olan müqaviləsinin müddəti 2023-cü ilin yayında bitəcək Qrizmannın sərbəst qalma haqqı bu yay 200 milyon avrodan 120 milyon avroya düşəcək.
Fanat.Az