Balotellini transfer edən türk klubundan daha bir "bomba" - 118 milyonluq ulduz gəlir

Balotellini transfer edən türk klubundan daha bir "bomba" - 118 milyonluq ulduz gəlir
Mario Balotelli və Yunes Belhandanı heyətinə qadan "Adana Dəmirspor" daha bir dünya səviyyəli ulduzu transfer edir.
Fanat.Az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nickolo Skira məlumat yayıb. Onun iddiasına görə, Super Liqaya vəsiqə qazanan komanda David Luizlə danışıqlar aparır. Adana təmsilçisi braziliyalı stoprə 2 illik müqavilə təklif edib.
Qeyd edək ki, futbolçu son olaraq "Arsenal"ın formasını geyinib. 2019-cu ildən London klubunda çıxış edən "sambaçı" 2020/21 mövsümünün sonunda komandadan ayrılıb.
34 yaşlı futbolçu əvvvəllər Braziliyanın "Vitoriya", Portuqaliyanın "Benfika", İngiltərənin "Çelsi" və Fransanın PSJ klublarında çıxış edib. Onun transferinə ümumilikdə 118,7 milyon avro sərf olunub. 
David Luiz karyerası ərzində Portuqaliya çempionluğunu (1 dəfə), Liqa Kubokunu (1), İngiltərə çempionluğunu (1), Federasiya Kubokunu (3), ölkə Super Kubokunu (1), Çempionlar Liqasını (1), Avropa Liqasını (2), Fransa çempionluğunu (2), kubokunu (2), Liqa Kubokunu (1) və ölkə Super Kubokunu (2) qazanıb.
57 dəfə Braziliya millisinə çağırılan futbolçu 3 qol vurub. O, 2013-cü ildə millinin heyətində FIFA Konfederasiyalar Kubokunun qalibi olub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər