AZAL-ın qaradərili futbolçusu: “Mən də bananı sevirəm”

AZAL-ın qaradərili futbolçusu: “Mən də bananı sevirəm”
AZAL-ın futbolçusu Viktor İbekoyi “Barselona”nın müdafiəçisi Daniel Alvesin İspaniya çempionatının 35-ci turunda “Vilyarreal”la oyun zamanı davranışını şərh edib. Fanat.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi Alvesin ona atılan bananı yeməsini düzgün addım sayıb.
 
İbekoyi deyib: "Mən də bananı sevirəm. Oyun vaxtı mənə də banan atsaydılar, onu götürər və qüvvət almaq üçün yeyərdim. Lap Alves kimi. Bu, ən yaxşı addımdı".
 
28 yaşlı futbolçunun sözlərinə görə, oyun vaxtı azarkeşlərin belə hərəkətinə etiraz etməsinə gərək yoxdu: "Nəyə görə etiraz etməliyəm? Mənim əvəzimə ilk növbədə Allah etiraz edəcək. Ola bilsin, klubumdan sonra yaxşı azarkeşlərimiz də narazılığını bildirəcəklər".
 
Qeyd edək ki, Daniel Alvesə banan İspaniya çempionatının 35-ci turunda “Vilyarreal”la oyun zamanı atılıb. Həmin vaxt “Barselona” 1:2 hesabı ilə geridə olub. Braziliyalı müdafiəçi irqçilik əlaməti olan bananı yerdən götürərək, yeməyə başlayıb. Sonradan Alves meyvədən güc almaq üçün onu yediyini bildirib.
lent.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər