"Neftçi" ilə oyuna hazırlaşan AZAL-da daha bir futbolçu üçün mövsüm erkən bitib. Fanat.az xəbər verir ki, ötən həftə “Simurq”la qarşılaşmada ciddi zədə alan Samuel Barlay bir müddət meydana çıxa bilməyəcək.
Qasıq nahiyəsində yırtıq əmələ gələn yarımmüdafiəçi ən azı 3 həftə istirahət etməlidi. Ona görə də, qarşıdakı 3 turda Barlay komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Barlay bu mövsüm Premyer Liqada 24 oyun keçirib və 1 qol vurub.
Fanat.az