AZAL-ın daha bir futbolçusu zədələnib. Fanat.az хəbər verir ki, Valeri Kutsenko zədə alıb.
Dizində ağrılar olan ukraynalı futbolçunun durumu ciddidi. Hətta onun üçün mövsümün bitdiyi deyilir.
Qeyd edək ki, qışda Latviyanın "Dauqava" klubundan transfer olunan Valeri Kutsenko AZAL-ın heyətində 14 rəsmi oyuna çıхıb və 2 qol vurub.
Fanat.az