AZAL-da vəziyyət heç də yaxşı deyil. Rekord.az-a ötürülən məlumata görə, futbolçular üçüncü aydı ki, maaşlarını ala bilmirlər.
Ümumiyyətlə, komandanın gələcəyi ilə bağlı heç də xoş proqnozlar verilmir. Düzdü, rəhbərlik növbti mövsüm üçün büdcəni bir qədər də artırıb yüksək yerlərə oynamağın planlarını cızırdı. Lakin manatın kəskin ucuzlaşması və dolların bahalaşması fonunda bu plan da təxirə düşmüş oldu.
Hazırda əksər klublar kimi böhran yaşayan AZAL yanvardan bu yana qalan borcları hələ də ödəyə bilməyib. Halbuki, həmin borclar marta qədər ödənməli idi. AZAL ətrafında baş verənləri araşdırıb klubun daxilində baş verən problemləri daha ətraflı şəkildı sizə çatdıracağıq.
Fanat.az