AZAL-da daha 3 yeni futbolçu

AZAL-da daha 3 yeni futbolçu
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan AZAL-ın düşərgəsinə daha 3 yeni futbolçu gəlib. Fanat.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov hazırda Petre Qaqe, Tomi Kostadinov və Enrike Kordobanı sınayır.
Tam adı Petre Lusian Qoqe olan 22 yaşlı rumın yarımmüdafiəçi "Universitatea" (Krayova) klubundan gəlib. Ötən mövsüm bu komandanın heyətində 19 oyuna çıxan futbolçu 1287 dəqiqə oynayıb. Qoqe əvvəllər Rumıniyanın "Ramniku", "Unireya", "Alro Slatina", "Tarqu Mureş" və "Poli" klublarında çıxış edib.
23 yaşlı hücumameylli yarımmüdafiəçi Tomi Kostadinov Yunanıstanın "Kaniya" klubundan gəlib. Bolqar futbolçu bu komandanın heyətində 29 oyuna çıxıb, 1391 dəqiqə oynayıb və 2 qol vurub. Bolqarıstan U-21-də 5 oyun keçirib 1 qol vurmuş Tomi vətənində ÇSKA (Sofiya), "Bdin Vidin", "Çavdar" və "Liteks" klublarının formasını geyinib.
Tam adı Con Enrike Kordoba Kordoba olan futbolçu isə kolumbiyalıdı. 27 yaşlı yarımmüdafiəçinin son iş yeri Kolumbiyanın "Amerika de Kali" klubu olub. 15 oyunda meydana çıxan Enrike 851 dəqiqə oynayıb və 1 qola imza atıb. Kordoba əvvəllər Venesuellanın "CD Lara", "Deportivo Petare", "Zamora", "Truxillanos", Boliviyanın "Bolivar" və Kolumbiyanın "Kukuta Deportivo" klublarında çıxış edib.
Qeyd edək ki, AZAL-ın düşərgəsində 3 futbolçudan başqa baxışda olan daha 5 legioner var: Luis Ramos, Xuanxo Pereyra, Everton Fernando Gilio, Cimmi Duqlas və Yosip Maroşeviç. Tərlan Əhmədov dünən İranın U-21 yığması ilə yoxlama oyununda 8 futbolçunun hamısını yoxlayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər