AZAL baxışa daha bir futbolçu cəlb edib. Fanat.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov Eduardo da Masyeli sınayır. Tərlan Əhmədov onunla bağlı qərarını yaxın günlərdə verəcək.
Tam adı Eduardo da Konceyçao Masyel olan futbolçunun son iş yeri Livanın "Əl Əhli Aley" klubu olub. 27 yaşlı braziliyalı hücumçu əvvəlğlər Braziliyanın "Korintians-AL", "Botafoqo", Yaponiyanın "Naqoya", Almaniyanın "Rot Veyss Ahlen" və "Preussen" klublarında çıxış edib.
Fanat.az