"Ayntraxt" Mario Götze ilə müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2026-cı ilə qədər uzadılıb.
Götze cari mövsüm "Ayntraxt" forması ilə 45 matçda çıxıb və 3 qola imza atıb.
O, daha öncə PSV, “Borussiya” (Dortmund) və “Bayern” kimi klublarda da oynayıb.