Avropada transfer bombası partladı - 95 milyon avro

Avropada transfer bombası partladı - 95 milyon avro
"Mançester Yunayted" "Borussiya"nın (Dortmund) futbolçusu Ceydon Sanço ilə anlaşıb. 
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Fabrisio Romano məlumat yayıb. 
Xəbərə görə, "manikunyanlar" ingilis yarımmüdafiəçi üçün bonuslarla birlikdə 90 milyon avro ödəniləcək. Onunla 5 illik müqavilə imzalanacağı gözlənilir. 
 
Qeyd edək ki, Sanço "Borussiya"ya 2017-ci ildə - 17 yaşında "Mançester Siti"nin U-18 komandasından 7.84 milyon avroya transfer olunmuşdu. Almaniya klubunda keçirdiyi 137 rəsmi matçda 50 qol vuran futbolçu 64 məhsuldar ötürmə edib. "Transfermarkt" 21 yaşlı forvarda 100 milyon avro qiymət qoyub.
Aygün
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər