"Atletiko Madrid" futbolçusu Anxel Korrea ilə müqavilə yeniləyib.
Fanat.Az sözügedən İspaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı hücumçu müddəti 30 iyun 2026-cı il tarixində bitəcək anlaşmaya imza atıb.
O, paytaxt komandasına 2014-cü ilin dekabrında qoşulub. Həmin vaxtdan Korrea "Atletiko"da 305 oyun keçirib. Cənubi amerikalı "hindular"ın formasıyla çıxdığı qarşılaşmalarda 53 qol və 52 məhsuldar ötürmə ilə yadda qalıb.
27 yaşlı forvard bu mövsüm bütün turnirlər daxil olmaqla, 25 oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı Korreanın transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.