İngiltərə Premyer Liqasında 16-cı tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk gündə 6 görüş baş tutub.
“Brayton” - “Börnli” və “Vulverhempton” - “Nottingem Forest” matçlarında qalib müəyyənləşməyib.
“Şeffild Yunayted” evdə “Brentford”a qalib gəlibsə, “Aston Villa” lider “Arsenal”ı xalsız yola salıb. Bundan maksimum istifadə edən “Liverpul” “Kristal Pelas” üzərində səfər qələbəsi sayəsində zirvəyə yüksəlib. “Mançester Yunayted” isə evdə “Bornmut”a böyük hesabla uduzub.
İngiltərə Premyer Liqası 16-cı tur 9 dekabr
Kristal Pelas – Liverpul 1:2 Qollar: Mateta, 57 – Salah, 76. Elliot, 90+1.
Brayton – Börnli 1:1 Qollar: Adinqra, 77 – Odobert, 45.
Mançester Yunayted – Bornmut 0:3 Qollar: Solanke, 5. Billinq, 68. Senesi, 73.
Şeffild Yunayted – Brentford 1:0 Qol: Makate, 45+1.
Vulverhempton – Nottingem Forest 1:1 Qollar: Kunya, 32 – Toffolo, 14.
Aston Villa – Arsenal 1:0 Qol: Makqinn, 7.
10 dekabr
18:00. Everton – Çelsi 18:00. Fulhem – Vest Hem 18:00. Luton Taun – Mançester Siti 20:30. Tottenhem – Nyukasl