"Arsenal" müdafiə xəttini portuqaliyalı futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış idman jurnalisti Fabritsio Romano yayıb.
O, "topçular"ın "Benfika"nın 21 yaşlı futbolçusu Nuno Tavareşi heyətinə qatdığını bildirib. Premyer Liqa təmsilçisi bu transferə görə Portuqaliya klubuna 8 milyon avro ödəyib.
Qeyd edək ki, "Arsenal" "Anderlext"dən Albert Sambi Lokonqanı da rənglərinə bağlamağa çox yaxındır.
Emin Şəmsiyev