Argentina millisinin keçmiş futbolçusu karyerasını bitirdi

Argentina millisinin keçmiş futbolçusu karyerasını bitirdi

Argentina millisinin sabiq futbolçusu Dieqo Perotti karyerasını bitirmək qərarına gəlib. Fanat.Az xəbər verir ki, 36 yaşlı futbolçu bu barədə "Instagram" hesabında paylaşım edib: "Nə gözəl səfərdir, amma çox çəkməməsi pisdir. Əlvida futbol! Mən sənin üçün darıxacağam" Perotti, karyerasına 2006/07 mövsümündə Argentinanın "Deportivo Moron" klubunda başlayıb. Daha sonra "Sevilya", "Boka Xuniors", "Cenoa", "Roma" və "Fənərbaxça"da oynamağı bacarıb. Onun peşəkar karyerasındakı son klubu “Salernitana” (İtaliya) olub. Perotti bütün karyerası ərzində yalnız bir kubok qazanıb - 2010-cu ildə "Kral Kuboku". 2018-ci ildə yığma karyerasını bitirən futbolçu ölkəsinin əsas komandasının heyətində 5 matçda meydana çıxıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər