Aqueronun "Barselona"da ilk günü: "Heç yer açıq deyil, lənətə gəlsin!"

Aqueronun "Barselona"da ilk günü: "Heç yer açıq deyil, lənətə gəlsin!"

"Barselona"nın yeni transferi Serxio Aquero (Sergio Aguero) klubda ilk günündən bəhs edib.

Fanat.Az xəbər verir ki, futbolçu bu barədə "Twich" portalında canlı yayım zamanı danışıb:

"İngiltərədə biz məşqlərə bir saat yarım əvvəl gəlirdik. "Barsa"da isə hamı yarım saat qabaq gəlir. Düşündüm ki, bir saat qabaq gedim, zalda məşq edərəm. Gəlib görürəm ki, hər yer bağlıdır. Dedim, heç  bir yer açıq deyil, lənətə gəlsin!"

Xatırladaq ki, 2011-2021-ci illərdə "Mançester Siti"nin şərəfini qoruyub. Bu yay "Barselona"ya keçən Aquero ilə müqavilənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər