"Barselona"nın argentinalı hücumçusu Serxio Aquero (Sergio Aguero) "blauqrana"nın heyətində rəsmi oyunda debüt edib.
Fanat.Az xəbər verir ki, futbolçu La Liqanın 9-cu turunda "Valensiya"ya qarşı oyununun 87-ci dəqiqəsində meydana daxil olub.
Xatırladaq ki, görüş "Barselona"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.