Azərbaycanlı hakimlər Avropa Liqasında növbəti oyunu idarə edib. Fanat.az xəbər verir ki, Anar Salmanovun başçılıq etdiyi hakimlər briqadası II təsnifat mərhələsinin "Vaduts" (Lixtenşteyn) - "Rux" (Polşa) matçında ədaləti qoruyub.
Oyun 0:0 hesabı ilə başa çatıb və Polşa klubu mərhələ keçib. Belə ki, "Rux" ev matçında 3:2 hesablı qələbə qazanmışdı.
Anar Salmanov 7 futbolçuya sarı vərəqə göstərib. Bunlardan 3-ü "Vaduts"un, 4-ü "Rux"un payına düşüb. Referi "Vaduts"dan isveçrəli Filip Muntvilerə 75-ci dəqiqədə qırmızı vərəqə göstərərək meydandan qovub.
Qeyd edək ki, bu oyunda Anar Salmanova Mübariz Həşimovla Vaqif Musayev yardımçı olub. Dörüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirib.
Fanat.az