"Alonsonu "Liverpul"un "sükanı arxası"nda görmək istəyirəm"

"Alonsonu "Liverpul"un "sükanı arxası"nda görmək istəyirəm"

"Liverpul"un sabiq futbolçusu Qlen Conson cari mövsümün sonunda "qırmızılar"ın "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonsoya tapşırılmasını istədiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Liverpool Echo" onun dediklərini belə çatdırıb:

"Alonsonu "Liverpul"un "sükanı arxası"nda görmək istəyirəm. Amma futbolda zaman çox şey deməkdir. Kloppun yerinə kim gəlsə, hamının diqqət mərkəzində olacaq".

Xatırladaq ki, mersisaydlıların indiki çalışdırıcısı Yürgen Klopp mövsüm başa çatandan sonra postunu tərk edəcək. Alman mütəxəssis getmək planını yanvarda dilə gətirib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər