"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonsonun "Çelsi", "Liverpul" və "Bayern Münhen"dən aldığı təklifləri niyə geri çevirdiyinin səbəbi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Santi Auna yayıb.
Xəbərə görə, "Çelsi"ni çalışdırmaq 42 yaşlı mütəxəssisə cəlbedici gəlməyib. "Liverpul"a isə o, məhz Yürgen Kloppun yerini tutmaq istəmədiyi üçün "yox" deyib. Mənbə ispaniyalı çalışdırıcının "Bayern" variantına digərlərindən daha çox üstünlük verdiyini, amma əsas hədəfinin "Real Madrid"ə rəhbərlik etmək olduğunu vurğulayıb. Alonsonun gələn ilin yayında "Kral klubu"nu çalışdırmaq perspektivini nəzərə alaraq Leverkuzen təmsilçisində qalmağı uyğun saydığı diqqətə çatdırılıb.
Qeyd edək ki, hazırda 73 xalı olan "Bayer Leverkuzen" Almaniya Bundesliqasının turnir cədvəlinin lideridir. İkinci pillədəki "Bayern Münhen"in isə 60 xalı var.
Nihat