Almaniyanın xarici işlər naziri Frank-Valter Staynmayer Beynəlxalq Futbol Federasiyasını (FİFA) köklü şəkildə yenilənməyə çağırıb. Fanat.az virtualaz.org-a istinadən xəbər verir ki, Ştaynmayer “Welt am Sonntag”un mayın 31-də çıxan sayına açıqlamasında "oyunçular, məşqçilər, hakimlər, gənc futbolçuların valideynləri və beynəlxalq federasiya rəhbərliyindəki fırıldaqçılar arasında uçurum yaranıb” deyib.
FIFA-nın mayın 29-da yekunlaşan konqresinin nəticələrini şərh edən Staynmayer hesab edir ki, bütünlükdə futbol “sarsıdıcı məğlubiyyət” yaşayıb. Bunu da “Deutsche Welle” yazıb.
FIFA-da korrupsiya işi ilə bağlı 14 nəfərin adı keçir. Mayın 27-də Sürixdə FİFA-nın bir neçə yüksək vəzifəli məmuru həbs olunub. "Azadlıq"ın xəbərinə görə, bundan başqa, FİFA-nın keçmiş vitse-prezidentinə və Çənubi Amerika futbolu üzrə konfederasiya prezidentinə qarşı ittiham irəli sürülüb.
Fanat.az