Almaniyanın “Hoffenhaym” klubu futbolçusu Andrey Kramariçlə müqaviləni yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı Bundesliqa təmsilçisinin rəsmi saytı yayıb.
Xəbərə görə, xorvatiyalı hücumçunun sözləşməsinin müddəti 2025-ci ilin iyununadək uzadılıb.
Qeyd edək ki, 2016-cı ildən “Hoffenhaym” çıxış edən Kramariç 211 oyunda meydana çıxıb və vurduğu 101 qolla komanda tarixinin ən yaxşı bombardiridir.