"Aleksander-Arnold pis müdafiəçidir, onu satmaq lazımdır" - Sabiq "Liverpul"lu

"Aleksander-Arnold pis müdafiəçidir, onu satmaq lazımdır" - Sabiq "Liverpul"lu

"Liverpul"un sabiq futbolçusu Stiv Nikol İngiltərə nəhənginə müdafiəçisi Trent Aleksander-Arnoldu "Real Madrid"ə satmağı məsləhət görüb.

Fanat.Az xəbər verir ki, "Daily Mail" Nikolun sözlərini belə çatdırıb:

"Kimə azarkeşlik etdiyiniz mənə maraqlı deyil. Trent Aleksander-Arnold pis müdafiəçidir. "Real" 70, 80, 90 milyon avro təklif edirsə və sizin Trentdən zəif olmayan Konor Bredliniz varsa, satmaq lazımdır".

Qeyd edək ki, 25 yaşlı Aleksander-Arnold "Liverpul"un öz yetirməsidir.  Komandasının vitse-kapitanı olan sağ cinah müdafiəçisi cari mövsüm "qırmızılar"ın forması ilə 29 rəsmi matça çıxıb. Bu qarşılaşmalarda 2 qol vuran arxa xətt oyunçusu 10 məhsuldar ötürmə ilə yadda qalıb. Trentin "Liverpul"la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı onun transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər