Jordi Alba həmişəlik "Barselona"da qalmaq arzusundadır.
Fanat.Az xəbər verir ki, bu barədə 32 yaşlı müdafiəçi "Goal.com"a açıqlamasında deyib.
"Müqaviləm 3 illik nəzərə tutulub. Özümü yüksək səviyyədə oynayacaq gücdə hiss edirəm. Klub nə qərar verər bilmirəm, amma mən nəinki bütün karyeram, bütün həyatım boyunca "Barselona"da qalmaq istəyərəm", - deyə Alba qeyd edib.
Qeyd edək ki, ispan futbolçu 2012-ci ildən "Barselona"da çıxış edir.
Röya