Afrikada ilin ən yaxşı futbolçusu adına namizədlər arasında "Liverpul"un misirli hücumçusu Məhəmməd Salahın adı daxil edilməyib.
Fanat.Az xəbər verir ki, Afrika Futbol Konfederasiyasının açıqladığı 10 nəfərlik siyahı belədir:
Simon Adinqra (Fil Dişi Sahili), Amin Quiri (Əlcəzair), Seru Qirassi (Qvineya), Əşrəf Hakimi (Mərakeş), Ademola Lukman (Nigeriya), Şansel Mbembа-Manqulu (Konqo Demokratik Respublikası), Sufyan Rahimi (Mərakeş), Edmond Tapsoba (Burkina Faso), Uilyam Troost-Ekonq (Nigeriya), Ronven Uilyams (Cənubi Afrika).
Qeyd edək ki, ötən il Afrikanın ən yaxşı futbolçusu Viktor Osimhen olub.