Afrika futbolunda film kimi olay - Nigeriyanı başqa aeroporta apardılar

Afrika futbolunda film kimi olay - Nigeriyanı başqa aeroporta apardılar

Afrika futbolunda yeni qalmaqallı hadisə yaşanıb.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Afrika Millətlər Kuboku çərçivəsində Liviya seçməsi ilə səfər matçına yollanan Nigeriya yığması başına film kimi olay gəlib.

Belə ki, təyyarə nəzərdə tutulan hava limanına deyil, istifadə olunmayan başqa aeroporta enib. Nigeriyaya mənzil başına çatmaq üçün bir neçə saat lazım olsa da, qonaq komandaya nəqliyyat ayrılmayıb. Bundan başqa, yaxınlıqdakı otellərin heç biri nigeriyalıları qəbul etmədiyi üçün oyunçular və məşqçilər ac-susuz vəziyyətdə təyyarədə yatmaq məcburiyyətində qalıblar. 13 saat istifadə olunmayan aeroportda vaxt keçirən millinin kapitanı liviyalıların bunu qəsdən etdiyini və matça çıxmaq istəmədiklərini vurğulayıb. Qarşı tərəf isə Nigeriyanın bir neçə gün öncə Liviyanı pis qarşıladığını açıqlayıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər