Adiyevlə yeni müqavilə imzalandı

Adiyevlə yeni müqavilə imzalandı

Qazaxıstan Futbol Federasiyası milli komandanın çalışdırıcısı Məhəmməd Adiyevlə müqaviləsinin müddətini uzadıb.

Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, imzalanmış yeni müqavilənin müddəti 2024-cü ilin sonuna qədər nəzərdə tutulub.

Rusiyalı mütəxəssis yseçmə komandaya bu ilin may ayından rəhbərlik edir.

Xatırladaq ki, Qazaxıstan UEFA Millətlər Liqasında Azərbaycan yığmasının yer aldığı qrupda 13 xalla lider olub və B Liqasına yüksəlib. Azərbaycan millisi 10 xalla ikinci yeri tutub.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər